Şagirdlərin dərslərdən sonrakı zamanlarını səmərəli və əyləncəli keçirməkləri onların dünya görüşünün artmasına mühüm təsiri vardır. Şəhərimiz günü-gündən müasirləşməklə, parkların və əyləncə məkanlarının sayı artmaqla yanaşı, öz tarixi qədimliyini də qorumaqdadır. Şirkətimiz şəhərin müxtəlif yerlərinə, parklara, muzeylərə, tarixi abidələrə ekskursiyalar təşkil etməklə şagirdlərimizin dərslərdən sonrakı zamanlarını daha səmərəli keçirməklərinə köməklik göstərir. Xidmət öncədən sifariş əsasında həyata keçirilir, vaxt, ilk və son dayanacaq yerləri öncədən razılaşdırılır. Xidmətə tələbdən asılı olaraq tur rəhbəri və peşəkar fotoqraf da daxildir.