- Şagirdlər məktəbə eyni avtobusla gedib - qayıdacaqlar.
- Avtobuslarda 10-13 nəfər şagird nəzərdə tutulub. Bu həm günorta vaxtı şagirdlərin evlərinə vaxtında çatmalarını təmin edəcək, həm də xidmətin keyfiyyətini artıracaq.
- Avtobuslar dərs cədvəllərindən asılı olaraq üç-dörd fərqli saatda məktəbdən çıxacaq. Hərəkət istiqamətləri şagirdlərin həftəlik dərs cədvəllərinə və yaşadıqları ərazilərə uyğun olaraq qurulacaq.
- Avtobuslar səhər dayanacaqlarda qeyd edilən vaxtdan sonra maksimum 3 dəqiqə, günorta məktəbin qarşısında isə dərs bitdikdən sonra maksimum 20 dəqiqə gözləyəcək. Şagirdin gecikməsi ilə bağlı valideyn öncədən sürücüyə və şirkət nümayəndəsinə məlumat verməlidir. Məlumat verilmədiyi halda şirkət gecikən şagirdlərə görə məsuliyyət daşımır.
- Şagirdlər səhər avtobusa əyləşdikləri dayanacaqlarda valideynlərə təhvil veriləcək. İstisna hallar şirkət nümayəndəsi ilə razılaşdırılmalıdır.
- Əgər şagirdlərdən hər hansı biri dərsə getməyəcəksə və ya dərs çıxışı zamanı avtobusla getməyəcəksə, bu barədə sürücüyə və şirkət nümayəndəsinə öncədən məlumat verilməlidir.
- Avtobuslarda təhlükəsizlik kəmərlərindən və tibbi maskalardan istifadə məcburidir!
- Sürücünün icazəsi olmadan və avtobus hərəkətini tam dayandırmamış şagirdin avtobusda ayağa qalması qadağandır!
- Avtobuslar təyin olunduqdan sonra test yürüşü keçirilir və valideynlərdən xahiş olunur ki, qeyd etdikləri dayanacaqları təsdiqləmək və avtobuslarla tanış olmaq üçün bu testdə iştirak etsinlər.
- Məktəb tərəfindən dərs qrafiklərindəki dəyişikliklərə görə şirkət məsuliyyət daşımır. Hər hansı bir dəyişiklik olarsa bir gün öncədən məlumat verilməlidir.
- Məktəbli nəqliyyatı üzrə təyin edilmiş aylıq ödənişlər hər ayın ilk üç günü ərzində ödənilməlidir.