SchoolBus Azərbaycan 2019-cu ildə ideya olaraq formalaşmış, 2021-ci ildə isə özəl qurum kimi fəaliyyətə başlamış məktəbli nəqliyyatı şirkətidir. Şirkətimizin məqsədi məktəb nəqliyyatı sahəsində mövcud boşluqları aradan qaldırmaq, təhlükəsizliyi və xidmət keyfiyyətini yüksəltməkdir. Müasir avtobuslar, GPS izləmə, nəzarət sistemləri və mobil tətbiq vasitəsilə valideynlərə şəffaf nəzarət imkanı təqdim olunur.
Peşəkar sürücü heyəti və məktəb daxilində koordinasiya sistemi ilə şagirdlərin vaxtında və təhlükəsiz daşınması təmin edilir. SchoolBus Azərbaycan innovativ yanaşması ilə ölkədə vahid və etibarlı məktəb nəqliyyatı standartı formalaşdırmağı hədəfləyir.