Azərbaycan dünyada sürətlə inkişaf edən ölkələrdən biridir. Son illərdə təhsil sistemində inkişaf, liseylərin və uyğun olaraq şagirdlərin sayının artması onların məktəblərə rahat və təhlükəsiz şəkildə daşınması zərurəti yaradır. Ölkəmizin gələcəyi olan məktəblilər üçün uzun müddətli inkişaf perspektivi vəd edən etibarlı, təhlükəsiz və rahat «SCHOOLBUS» nəqliyyat xidməti göstərməyi üzərimizə öhdəlik götürmüşük. Məqsədimiz valideynlərin işləri ilə əlaqədar olaraq zamanla bağlı qayğılarını, övladları üçün təhlükəsizlik tələblərini qarşılamaq, ölkənin nəqliyyat sahəsinin keyfiyyətinin artırılmasına öz töhvəmizi vermək və bu sahədə innovasiyaları tətbiq etməkdir.
SchoolBus Azərbaycan olaraq missiyamız məktəbli nəqliyyatı sahəsində təhlükəsiz, şəffaf və texnoloji əsaslı xidmət təqdim edərək şagirdlərin məktəbə vaxtında, rahat və təhlükəsiz çatdırılmasını təmin etməkdir. Biz müasir nəqliyyat vasitələri, rəqəmsal nəzarət sistemləri və peşəkar komanda ilə valideynlərin etibarını qazanmağı, uşaqların gündəlik təhsil yolunu təhlükəsiz və stresssiz etməyi əsas vəzifəmiz hesab edirik.