SchoolBus Azərbaycan şirkəti olaraq biz məktəbli nəqliyyatı sahəsində tədbiq etdiyimiz yeniliklərlə şagirdlərin məktəblərə və yaşadıqları
ünvanlara aparılması prosesində valideynlərin yarana biləcək bütün narahatçılıqlarını aradan qaldırmış oluruq. Xidmətlərimizdən
istifadə edən şagirdlər avtobuslara əyləşdikləri andan etibarən daim nəzarətimiz altında olurlar. Məktəblərin daxilində fəaliyyət
göstərən əməkdaşlarımız dərs bitdikdən sonra şagirdlərin siyahılarla düzgün avtobuslara əyləşməsini təmin edir, avtobuslar hərəkətə
başlamamışdan öncə bütün təhlükəsizlik tədbirlərinin həyata keçirildiyinə əmin olurlar.
İşləriniz rahatlaşdıracaq mobil tədbiqetmə - SchoolBus Azerbaijan
Mobil tədbiqetməni yaratmağımızda məqsəd bütün Azərbaycan üzrə məktəbli nəqliyyatı sahəsində vahid istifadə portalı yaratmaqdır.
Valideynlər mobil tədbiqetmə vasitəsi ilə şirkətimizdə rahat şəkildə qeydiyyatdan keçib övladları üçün məktəbli nəqliyyatı tələbi verə
bilər, GPS izləmə sisteminə qoşularaq avtobusları izləyə bilər, kameralara bağlanmaqla avtobusda şagirdlərin davranışlarına nəzarət edə
bilər, online və təhlükəsiz şəkildə ödənişləri həyata keçirə bilərlər. Mobil tədbiqetmədə xəritələrə qoşulmaqla valideynlər avtobusların
yaxınlaşdığı izləyə bilər, sürücülər isə şagirdlərin ünvanlarını daha rahat təyin edə bilərlər. Şirkət qeydiyyat zamanı göstərilən bütün
şəxsi məlumatların, ödəniş kartlarının məxfiliyinin qorunub saxlanılmasına cavabdehdir.
Övladlarınızı təcrübəli sürücülərimizə və peşəkar komanda heyətimizə etibar edə bilərsiz!
Sürücülərimiz xüsusi kriteriyalara əsasən seçilirlər və şagirdlərlə davranış, avtomobil yollarında təhlükəsizlik qaydaları üzrə daim
təlimatlandırılırlar. Şirkətimizin nümayəndələri tələb edilən təhlükəsizlik qaydalarına sürücülər, valideynlər və şagirdlər tərəfindən
riayət olunmasına daim nəzarət edirlər. Hər bir qayda pozuntusu qeydə alınır və xəbərdarlıq olaraq sənədləşdirilir. GPS izləmə sistemi
və kameralar şirkət əməkdaşları tərəfindən daim nəzarət altında saxlanılır, məktəbə gecikmə hallarının baş verməməsi üçün hərəkət
istiqamətləri daim təkmilləşdirilir, hərəkət üçün ən təhlükəsiz və tıxacsız yollar seçilir.
Bizi seçməklə siz müasir dövrün tələblərinə uyğun şəkildə qurulmuş, daha təhlükəsiz, daha rahat və daha operativ xidmət göstərən,
yenilikləri ilə daim xidmətinizdə olacaq bir şirkətin üzvü olacaqsız. Şagirdlərimizin sağlam təhsili üçün verəcəyimiz kiçik bir töhvə
belə bizim üçün qürurvericidir!