Şirkət Haqqında
İdeya olaraq əsası 2019-cu ildə qoyulan «SchoolBus Azərbaycan»
şirkəti 2021-ci ildə özəl qurum olaraq yaradılmışdır. Şirkətin
yaradılmasında əsas məqsəd məktəbli nəqliyyatı sahəsində mövcud
olan boşluqların aradan qaldırılması, xidmət səviyyəsinin artırılması,
təhlükəsizliyin təmin edilməsi və şagirdlərin dərslərə gecikmələrinin
qarşısının alınmasıdır.
Xidmət səviyyəsinin yüksəldilməsi məqsədi ilə şirkət tam müasir
tələblərə cavab verən avtobuslardan, avtobuslarda quraşdırılmış
nəzarət sistemlərindən və mobil tədbiqetmədən istifadə edir. Mobil
tədbiqetmənin geniş imkanları sayəsində valideynlər daim prosesə
nəzarət edə biləcəklər.