SchoolBus

Digər Sahələr

Şagirdlərin və müəllimlərin gündəlik məktəbə və evə daşınması xidməti.

SchoolBus – məktəbli nəqliyyatı xidməti sürətlə inkişaf edən ölkəmizdə təhsil və nəqliyyat sitemlərini birləşdirən və bu sahədə inkişaf və yeniliklər tələb edən xidmət növüdür. SchoolBus Azərbaycan şirkəti olara bu sahəyə öz töhvəmizi verməklə biz şagirdlərin daha təhlükəsiz, sistemli və nəzarətli şəkildə, rahat məktəblərə çatdırılmasını təmin edirik. Xidmət şagirdin yaşadığı ünvandan götürülməklə həyata keçirilir və dayanacaq nöqtəsi öncədən valideyn və sürücü ilə razılaşdırılır. Səhər məktəbə getmək üçün dayanacaqda gözləmə vaxtı və marşrut haqqında valideynə öncədən məlumatlar verilir. Həmçinin, valideyn ona təqdim edilmiş GPS linki vasitəsilə avtobusun hərəkətini izləyə bilir, bu da səhər gecikmə hallarını minimuma endirir və valideynə övladını hər dəqiqə nəzarəti altında saxlamağa imkan verir.