B.e - Şənbə: 08:00 - 17:00
KORPORATİV BAXIŞ

SchoolBus Azərbaycan

İdeya olaraq əsası 2019-cu ildə qoyulan «SchoolBus Azərbaycan» şirkəti 2021-ci ildə özəl qurum olaraq yaradılmışdır. Şirkətin yaradılmasında əsas məqsəd məktəbli nəqliyyatı sahəsində mövcud olan boşluqların aradan qaldırılması, xidmət səviyyəsinin artırılması, təhlükəsizliyin təmin edilməsi və şagirdlərin dərslərə gecikmələrinin qarşısının alınmasıdır.

Xidmət səviyyəsinin yüksəldilməsi məqsədi ilə şirkət tam müasir tələblərə cavab verən avtobuslardan, avtobuslarda quraşdırılmış nəzarət sistemlərindən və mobil tədbiqetmədən istifadə edir.

Üstünlüklərimiz

Rahat, Təhlükəsiz və Operativ Servis

Rahat, təhlükəsiz və operativ şəkildə xidmətlərindən yararlana biləcəyiniz məktəbli nəqliyyat sistemi.